“Atletiko”dan “Benfika”ya
“Atletiko”nun futbolçusu Kleman Lanqle karyerasını Portuqaliyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, fransalı müdafiəçi “Benfika” ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Portuqaliya təmsilçisi Lanqle ilə 3 illik müqavilə imzalayacaq.
Lanqle 2025-ci ildən “Atletiko”da çıxış edir. 31 yaşlı futbolçu ötən mövsüm La Liqada 19 oyunda forma geyinib.