Reading view

PFL Birinci və İkinci Liqanın başlama tarixini açıqladı

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Birinci Liqasında və İkinci Liqasında 2026/2027-ci illər mövsümünün başlayacağı tarixləri müəyyənləşdirib.

Arena.az xəbər verir ki, bu barədə PFL rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, Birinci Liqada yeni mövsüm sentyabrın 3-də start götürəcək. İkinci Liqaya isə sentyabrın 1-də start veriləcək.

Xatırladaq ki, Birinci Liqanın 2025/2026-cı illər mövsümündə 57 xalla çempion olmuş “Şəfa” növbəti mövsümdə Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanıb. “Mingəçevir” 51 xalla ikinci, “Səbail” 49 xalla üçüncü yeri tutub.

İkinci Liqanın geridə qalmış mövsümündə isə “Xankəndi” 76 xalla çempion olaraq Birinci Liqaya vəsiqə qazanıb. “Qaradağ Lökbatan” 71 xalla ikinci, “Quba” 51 xalla üçüncü yeri tutub.

❌