Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 12-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
İkinci Liqa, 12-ci tur
“Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Qaradağ komandası 70 manat cərimə edilib.
“Quba” – “Xankəndi” oyununda “Xankəndi”nin 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib.
“Şirvan” – “Ağdaş” oyununda “Şirvan”ın 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib.
“Kür-Araz” – “Göygöl” oyununun 87-ci dəqiqəsində “Kür-Araz”ın futbolçusu Cavidan Musazadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Kür-Araz” buna görə 50 manat cərimə edilib. “Göygöl”ün 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib.
“Şirvan” – “Ağdaş” 0:0 Hakimlər: Nahid Xasıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Nəriman Ağayev. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Asif Əliyev. Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Kür-Araz” – “Göygöl” 2:0 Qollar: Elnur Məmmədov, 33. Əli Tağızadə, 90+6. Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Tural Bayramov, Sənan Bayramzadə. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Namiq Əliyev. Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.
Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Şəki” doğma meydanda “Araz Saatlı”ya 4 cavabsız qolla qalib gəlib. Üç qolun qeydə alındığı “Quba” – “Xankəndi” matçında isə qonaqlar 3 xala seviniblər.
12-ci turun qalan görüşləri dekabrın 9-da keçiriləcək.
İkinci Liqa 12-ci tur
7 dekabr
“Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan” 0:1 Qol: Tofiq Nəsibov, 8. Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Yavər Rəhimov. Ağstafa şəhər stadionu, 14:30.
“Şirvan” – “Ağdaş” Hakimlər: Nahid Xasıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Nəriman Ağayev. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Asif Əliyev. Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Kür-Araz” – “Göygöl” Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Tural Bayramov, Sənan Bayramzadə. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Namiq Əliyev. Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.
“Quba” – “Xankəndi” Hakimlər: Murad Səlimov, Mirnihad Seyidov, Asif Abdullayev, Şamil İmanzadə. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Mahal Məmmədov. Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Şirvan” – “Ağdaş” Hakimlər: Nahid Xasıyev, Ruslan Babayev, Hüseyn Vəliyev, Nəriman Ağayev. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Asif Əliyev. Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Kür-Araz” – “Göygöl” Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Tural Bayramov, Sənan Bayramzadə. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Namiq Əliyev. Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 11-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:
İkinci Liqa, 11-ci tur
“Ağstafa Gəncləri” – “Araz Saatlı” oyununda “Ağstafa Gəncləri”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün Ağstafa komandası 70 manat cərimə edilib.
“Şəki” – “Quba” oyununda “Quba”da 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Bu oyunun 74-cü dəqiqəsində “Şəki”nin futbolçusu Saleh Süleymanov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Şəki” buna görə 300 manat cərimə ödəyəcək.
“Ağdaş” – “Göygöl” oyununda “Göygöl”ün 6 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.