“Çelsi” ingilis futbolçu ilə maraqlanır
“Vest Hem”in futbolçusu Cerrard Bouen karyerasını “Çelsi”də davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, London klubu 29 yaşlı yarımmüdafiəçinin transferində maraqlıdır. Bu barədə “İndependent” nəşri məlumat yayıb. “Zadəganlar” ingilis futbolçu üçün yaxın zamanda danışıqlara başlayacaq.
Bouen 2020-ci ildən “Vest Hem”də çıxış edir. O, başa çatan mövsümdə 42 oyunda 11 qol vurub, 12 məhsuldar ötürmə edib.