Reading view

“Liverpul” Konateyə əvəzləyici tapdı

“Liverpul” komandadan ayrılan müdafiəçi İbrahim Konateyə əvəzləyici tapıb.

Futbolpress.az xəbər verir ki, Mersisayd klubu “Bernli”dən Maksim Estevi transfer etmək istəyir. Bu barədə “TEAMtalk” portalı məlumat yayıb. 24 yaşlı futbolçu ilə “Çelsi” və “Kristal Pelas” da maraqlanır.

“Liverpul” Estev üçün yaxın zamanda təklif göndərəcək.

Müdafiəçi başa çatan mövsümdə 36 oyunda meydana çıxıb. Onun “transfermarkt”da dəyəri 28 milyon avrodur.

❌