“Qəbələ” futbolçusunu icarəyə verdi
“Şahdağ Qusar” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan I Liqasında çıxış edən klub Mehrac Baxşalını transfer edib. 23 yaşlı futbolçu “Qəbələ”dən icarə əsasında heyətə cəlb olunub.
Baxşalı 2027-ci ilin yayına kimi “Şahdağ Qusar”ın formasını geyinəcək.
Mehracın son klubu “Ordu” olub.