Reading view

AÇ: minifutbol yığması çexlərlə üz-üzə

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatında bu gün növbəti oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, yığma 1/4 finalda Çexiya ilə qarşılaşacaq. Slovakiyada, “Tipos Arena”da baş tutacaq matça saat 00:00-da start veriləcək.

Cütün qalibi yarımfinalda Rumıniya – Serbiya duelinin güclüsü ilə qarşılaşacaq.

Minifutbol: milli 1/8 final oyununa çıxacaq

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv 1/8 finalda Qazaxıstanla üz-üzə gələcək. Görüşə saat 00:00-da start veriləcək.

Azərbaycan – Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya – Monteneqro duelinin güclüsü ilə qarşılaşacaq.

❌