Reading view

“Atletiko”dan “İnter”ə?

“Atletiko”nun qapıçısı Yan Oblak karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “İnter” sloveniyalı qolkiperin xidmətində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Oblak “Atletiko”dan ayrılmağa müsbət yanaşır. O, yayda klubunu dəyişmək niyyətindədir.

Qolkiperlə Türkiyənin “Fənərbağça” klubu da yaxından maraqlanır.

Oblak bu mövsüm La Liqada 30 oyunda 31 qol buraxıb.

❌