“Milan” PSJ-nin hücumçusunu transfer etdi – rəsmi
“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” PSJ-dən Qonçalo Ramuşu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə müddəti 2031-ci ilin yayına kimi olan müqavilə imzalanıb.
İnsayder Fabrizio Romanonun xəbərinə görə, “Milan” Ramuş üçün Paris klubuna 74 milyon avro ödəyəcək.
Portuqaliyalı hücumçu ötən mövsüm PSJ-də 45 oyunda 12 qol vurub.