“Zirə”nin rəqibindən transfer
“Zirə”nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsində rəqibi olan Gürcüstanın “Torpedo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Kutaisi təmsilçisi cinah yarımmüdafiəçisi Mateo Stamatovu transfer edib. Bolqarıstanlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
“Torpedo” ilə “Zirə” arasındakı ilk oyun iyulun 8-də Sumqayıtda olacaq. Cavab görüşü isə 16-da Kutaisidə baş tutacaq.