Braziliyalı futbolçuya Azərbaycandan təklif var
Braziliyanın “Kuyaba” klubunun futbolçusu Vitao karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “esportenewsmundo.com.br” saytı məlumat yayıb. Son olaraq İranda “Çardomalu” klubunda çıxış edən Vitao siyasi vəziyyətlə bağlı ölkəsinə qayıdıb.
25 yaşlı müdafiəçinin İraq, Vyetnam, Rusiya və Azərbaycandan təklifləri olduğu bildirilib.
Vitao karyerası ərzində ölkəsində “Kuyaba”dan başqa, “Marinqa” və “İtuano”da da çıxış edib.