“Sabah”ın futbolçusu mükafatına qovuşdu
Misli Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Sabah” futbol klubunun üzvü Xəyal Əliyev mükafatlandırılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
May ayının ən yaxşı qolunun müəllifinə mükafatı Peşəkar Futbol Liqasının inzibati binasında qurumun prezidenti Elxan Səmədov təqdim edib.