Serbiyalı “Çelsi”dən ayrılmaq istəyir
Qapıçı Filip Yorgensen “Çelsi”dən ayrılmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Serbiyalı qapıçı az şans qazanmasından narazıdır və daha çox oynayacağı kluba keçmək istəyir. Qolkiper klub rəhbərliyinə artıq ayrılıqla bağlı məlumat verib.
Yorgensen 2024-cü ildən “Çelsi”də çıxış edir. O, başa çatan mövsümdə Premyer Liqada 5 oyuna çıxıb.