Normal view

Yesterday — 20 February 2026Main stream

Birinci Liqa: Allahverdiyevdən yubiley qolu

20 February 2026 at 17:00

Futbol üzrə Azərbaycan Birinci Liqasının 2025/2026-cı illər mövsümünün başa çatmış 15-ci turu yubiley qolu ilə əlamətdar olub.

Arena.az xəbər verir ki, “Baku Sportinq”in futbolçusu İlham Allahverdiyev Birinci Liqada (əvvəlki Birinci Divizionda) 80-ci qolunu vurub.

O, “Cəbrayıl”la səfər görüşünün (2:1) 22-ci dəqiqəsində hesabı açıb. 33 yaşlı hücumçu 80-ci qolunu 203-cü oyununda vurub.

İlham Birinci Liqada 2012/2013-cü illər mövsümündə “Qaradağ Lökbatan”ın heyətində debüt edib. İlk qolunu isə növbəti mövsümdə elə eyni komanda da vurub.

Forvard paytaxt təmsilçisində daha çox – 30 dəfə fərqlənib. İlham “Şəmkir”də 9, MOİK-də 24, “Difai”də 9, “Baku Sportinq”də 8 qola sevinib.

Qeyd edək ki, Allahverdiyevin ilk qolunu vurduğu 2013/2014-cü illər mövsümündən indiyədək olan dövrdə yalnız bir futbolçu Birinci Liqada daha çox fərqlənib. Bəhruz Teymurov bu müddətdə 94 qol vurub.

❌
❌