“Tottenhem”in baş məşqçisi onu komandasına dəvət edib
31 October 2025 at 12:30
					Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun hücumçusu İvan Toni Yaxın Şərqi tərk etməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə “Tottenhem”in baş məşqçisi Tomas Frank birbaşa əlaqə saxlayıb.
Tərəflər yanvar transfer pəncərəsində mümkün keçidi müzakirə ediblər. Müqavilənin icarə variantı ilə gerçəkləşməsi istisna olunmur.
İngiltərəli forvard cari mövsümdə bütün turnirlərdə 15 matçda meydana çıxıb, 11 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Əl-Əhli” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
The post “Tottenhem”in baş məşqçisi onu komandasına dəvət edib appeared first on Komanda.az.