Normal view

Before yesterdayMain stream

“Kasımpaşa” Şota Arveladze ilə vidalaşdı

4 December 2025 at 15:30

Gürcüstanlı futbol mütəxəssisi Şota Arveladze Türkiyə Super Liqasında mübarizə aparan “Kasımpaşa”nın baş məşqçisi vəzifəsindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Gürcüstanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Uğursuz mövsüm keçirən komanda Super Liqada 14 turdan sonra 13 xalla 14-cü pillədə qərarlaşıb. “Kasımpaşa” bu görüşlərdə 3 qələbə qazanıb, 4 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Arveladze bu ilin iyun ayında “Kasımpaşa”nın baş məşqçisi təyin edilmişdi. Onunla 1 illik müqavilə imzalanmışdı. Şota bu müddət ərzində komandanı cəmi 14 oyuna çıxarıb.

Şota Arveladze daha öncə 2012-2015-ci illər aralığında da “Kasımpaşa”nı çalışdırıb. Həmin vaxt bu komandanı 91 oyuna çıxarmış gürcü mütəxəssis 33 qələbə, 28 heç-heçə, 30 məğlubiyyət görmüşdü.

Arveladze məşqçilik fəaliyyəti dövründə “Kayserispor”, “Trabzonspor”, “Makkabi” (Təl-Əviv), “Paxtakor”, “Hall Siti”, “Fatih Karagümrük” kimi klublarda da baş məşqçi kimi fəaliyyət göstərib.

❌
❌