Normal view

Yesterday — 12 April 2026Main stream

Şteffen Baumqart qovuldu, xanım mütəxəssislə əvəzləndi

12 April 2026 at 14:00

Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Union Berlin” komandasının baş məşqçi Şteffen Baumqart istefaya göndərilib.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.

Qərar Almaniya çempionatında səfərdə “Haydenhaym”a 1:3 hesablı məğlubiyyətdən sonra qəbul edilib.

Əsas komandanın müvəqqəti baş məşqçisi vəzifəsinə 2026-cı il iyunun 30-dək əvvəllər klubun U-19 kollektivinə rəhbərlik etmiş Mari-Luiza Eta təyin olunub.

“Çətin anlarda bütün qüvvələri birləşdirmək bacarığı həmişə “Union Berlin”in fərqləndirici xüsusiyyəti olub və elə də qalır. Mən tamamilə əminəm ki, bu komanda ilə birlikdə lazımi xalları toplaya biləcəyik”, – klubun rəsmi saytı 34 yaşlı mütəxəssisin sözlərini sitat gətirib.

Xatırladaq ki, 54 yaşlı Şteffen Baumqart 2025-ci il yanvarın 2-dən baş məşqçi vəzifəsində çalışırdı. Onun işlədiyi dövrdə kollektiv 51 oyunda 16 qələbə qazanıb, 14 heç-heçə edib və 21 dəfə məğlub olub.

29 turdan sonra hesabında 32 xal olan “Union Berlin” Almaniya Bundesliqasının 2025/2026-cı illər mövsümünün turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

❌
❌