Normal view

Today — 3 July 2026Main stream

Anar Abdullayev – “Kəpəz”in İdarə Heyətinə yeni sədri!

3 July 2026 at 15:30

Anar Abdullayev Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib.

Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib. İclasda Anar Abdullayev İdarə Heyətinin yeni sədri seçilib.

Bundan başqa, Umud Tarverdiyev və Fərman Əlizadə İdarə Heyətinə üzv təyin olunublar.

Qeyd edək ki, vaxtilə Azərbaycan çempionatının ən güclü klublarından olan “Kəpəz” son illərdə autsayder statusundan qurtula bilmir. Klub rəhbərliyinin yarıtmaz fəaliyyəti səbəbindən komanda hər mövsümdə elitada qalmaq uğrunda mübarizə aparır və çətinliklə də olsa, bunun öhdəsindən gəlir. Gəncə təmsilçisi ötən mövsümdə də 33 oyuna topladıı 27 xalla 10-cu yeri tutdu və elitada qaldı. Amma bu uğurun (bunu uğur demək mümkünsə) əsas memarlarından olan Azər Bağırov bu yay komandadan ayrılaraq “Şamaxı”ya üz tutdu. “Kəpəz” rəhbərliyi isə onun əvəzində vaxtilə bu komandanı çalışdırıb, uğursuz nəticələrə imza atmış Azər Məmmədova qucaq açdı. Böyük ehtimalla Gəncə təmsilçisi növbəti mövsümdə də elitanı tərk etməyə əsas namizədlərdən biri olacaq. Çünki belə idarəçiliklə bu komandadan fərqli nəticə gözləmək olmur…

❌
❌