Konte: “Bu gün İtaliyanın ən yaxşı komandası ilə qarşılaşdıq”
“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Napoli”nin baş məşqçisi Antonio Konte komandasının A Seriyasında “İnter”ə qarşı 3:1 hesablı qələbəsini şərh edib.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, o, yaxşı komandaya qarşı əla oyun sərgilədiklərini söyləyib:
“Mənim fikrimcə, bu gün İtaliyanın ən yaxşı komandası ilə qarşılaşdıq. “İnter” oyundan əvvəl bir neçə xal itirmişdi, amma kağız üzərində onlar digərlərindən fərqli səviyyədədirlər. Üç ildə iki Çempionlar Liqasının finalı bir şey deyir. “İnter” əla formada idi və bura bizi, “Torino” və PSV-yə məğlub olan bir komandanı məğlub etmək məqsədi ilə gəlmişdi. Amma biz təslim olmaq niyyətində deyildik. Bütün çətinliklərə baxmayaraq, əla oyun sərgiləyə bildik”.
“Napoli” A Seriyasında 18 xalla birinci yerə qayıdıb, “İnter” isə 15 xalla üçüncüdür.
The post Konte: “Bu gün İtaliyanın ən yaxşı komandası ilə qarşılaşdıq” appeared first on Komanda.az.