Karlos Alos Belarus millisindən qovuldu
Futbol üzrə Belarus milli komandasının baş məşqçisi, ispaniyalı mütəxəssis Karlos Alos vəzifəsindən azad edilib.
Arena.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
Xatırladaq ki, ispaniyalı mütəxəssis 2023-cü ilin yayından Belarus millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 26 oyun keçirib, 6 qələbə qazanıb, 10 məğlubiyyətlə üzləşib və 10 oyunda heç-heçə edib.
Karlos Alos Ferrer daha öncə Ruanda milli komandasına da rəhbərlik edib. O, həmçinin “Enosis”, “Qətər”, “Rabat”, “Kayrat”, “Poqon” və “Tortosa” kimi komandaların, Qazaxıstanın U-19 yığmasının da baş məşqçisi olub. Alos 2017/2018-ci illər mövsümündə “Kayrat”la Qazaxıstan kubokunu qazanıb.