“Yuventus”un hücumçusu İngiltərə klubuna keçə bilər
30 October 2025 at 16:48
“Yuventus”un hücumçusu Conatan Devid daha bir klubun maraq dairəsinə düşüb.
Kanadalı forvard hələ ki, İtaliyada özünü tam göstərə bilmədiyi üçün mediada onun başqa çempionata köçəcəyi barədə xəbərlər yayılmağa başlayıb.
Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Tottenhem” qış transfer pəncərəsində Devid uğrunda “Bayern”lə rəqabət aparmağa hazırlaşır.
Hələlik Turin klubunun 25 yaşlı futbolçu ilə yollarını ayırmaq niyyətində olub-olmadığı bəlli deyil.
Conatan Devid bu yay “Lill”dən azad agent kimi “Yuventus”a keçib. O, turinlilərin heyətində 11 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
The post “Yuventus”un hücumçusu İngiltərə klubuna keçə bilər appeared first on Komanda.az.