Normal view

Today — 27 December 2025Main stream

“Qərarı Upamekanonun özü verəcək”

27 December 2025 at 11:26

“Bayern”in müdafiəçisi Conatan Ta komanda yoldaşı Dayo Upamekanonun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı futbolçunun özünü Münhen klubunda rahat hiss etdiyini deyib:

“Düşünürəm ki, Upamekano “Bayern”də özünü çox rahat hiss edir, bunu özü dəfələrlə deyib. O, burada xeyli müddətdir ki, baş məşqçinin ona nə təklif edə biləcəyini bilir. Bizim yaxşı komandamız, komanda daxilində əla atmosfer var ki, bu da dəyərlidir. Amma qərarı Upamekanonun özü verəcək”.

27 yaşlı futbolçunun “Bayern”lə müqaviləsi altı aydan sonra bitir. Münhen klubu yeni müqavilə üzərində işləyir, lakin hələlik razılaşma əldə edilməyib. Eyni zamanda, müdafiəçi ilə “Liverpul”, PSJ, “Real” və Avropanın digər klubları maraqlanır.

The post “Qərarı Upamekanonun özü verəcək” appeared first on Komanda.az.

❌
❌