Normal view

Today — 24 April 2026Main stream

Daniel Sebalyos “Real”ın heyətindən kənarlaşdırıldı

24 April 2026 at 19:00

İspaniyanın “Real” (Madrid) klubunun mərkəz yarımmüdafiəçisi Daniel Sebalyos cari mövsümün qalan hissəsini buraxa bilər.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bu həftə komandanın baş məşqçisi Alvaro Arbeloa ilə münaqişə yaşayıb.

Nəticədə oyunçu bu gün La Liqanın 32-ci turunda “Betis”ə qarşı keçiriləcək oyun üçün heyətdən kənarda qalıb.

Mərkəz yarımmüdafiəçisi olan Daniel Sebalyos futbola “Betis”də qədəm qoyub, həmçinin “Utrera” və “Sevilya”da çıxış edib və məhz “Betis”lə böyük futbolda debüt edib. Sebalyos futbolçu karyerası ərzində “Arsenal”da da icarə əsasında çıxış edib.

“Real” Sebalyosu 2017-ci ilin iyul ayında 16,5 milyon avro məbləğ müqabilində “Betis”dən tamhüquqlu əsasda “qaymaqlılar”ın düşərgəsinə qatıb. İspan futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Dani Sebalyos cari mövsümdə “Real” üçün bütün yarışlarda 22 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Onun “Real” karyerası bütövlükdə 214 oyun, 7 qol və 16 assistdən ibarətdir.

Sebalyos 2018-ci ildə debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyuna çıxıb, 1 qol və 2 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

❌
❌