Normal view

Before yesterdayMain stream

Daniele Ruqani “Yuventus”la yeni müqaviləyə imza atdı

20 October 2025 at 21:00

Futbol üzrə İtaliya milli komandasının və “Yuventus”un mərkəz müdafiəçisi Daniele Ruqani Turin klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Yeni sözləşmə 2028-ci ilin iyununa qədər qüvvədə olacaq. Tərəflər arasındakı əvvəlki müavilənin müddəti 2026-cı ilin 30 iyununa qədər idi.

Xatırladaq ki, Daniele Ruqani İtaliyanın digər klubu “Empoli”nin yetirməsidir. O, 2012-ci ildə icarə əsasında “Yuventus”un U-19 komandasına cəlb olunub. 2015-ci ildə isə Turin klubu 4,2 milyon avro ödəməklə italyan müdafiəçini transfer edib. “Yuventus” vaxtilə onu “Empoli”nin özünə, həmçinin “Renn”, “Kalyari” və “Ayaks”a icarəyə verib.

Ruqani “Yuventus”un əsas komandasında 152 oyun keçirib. 31 yaşlı müdafiəçi bu oyunlarda 11 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, cari mövsümdə də 3 oyuna çıxıb.

İtalyan futbolçu ölkəsinin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinib. 2016-cı ildə əsas millidə debüt etmiş müdafiəçi İtaliya yığmasının heyətində 7 oyun keçirib.

“Transfermarkt” internet-portalı 31 yaşlı italyan müdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

The post Daniele Ruqani “Yuventus”la yeni müqaviləyə imza atdı appeared first on ARENA.AZ.

❌
❌