Eltun Turabov “Səbail”də
2026/2027-ci illər mövsümündə də Birinci Liqada mübarizə aparacaq “Səbail” heyətini daha bir futbolçu – Eltun Turabov ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Səbail” son olaraq Premyer Liqada “Karvan”da çıxış etmiş Eltun Turabovla 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 29 yaşlı müdafiəçi ötən mövsüm Premyer Liqada 29 qarşılaşmada meydana çıxıb və 1 qola imza atıb.
Eltun Turabov karyerası ərzində “Qarabağ”, “Xəzər Bakı”, “Sabah”, “Bilis”, “Sumqayıt”, “Turan Tovuz” kimi klubların da formasını geyinib.
“Səbail” bu gün son olaraq “Mingəçevir”də çıxış etmiş Kənan Quliyevlə də “1+1” illik müqavilə imzalandığını açıqlayıb. 26 yaşlı yarımmüdafiəçi əvvəlki illərdə də paytaxt klubunun şərəfini qoruyub.
“Səbail” bu yay sabiq oyunçularından Bahadur Həziyev, Rubin Seyidov və Zeynəddin Abdurrahmanovu da heyətinə qatmış, həmçinin “Sumqayıt”dan Mehdi Cənnətovu transfer etmişdi.