Elvin Yunuszadə 200-ə çatdı
Yevlax təmsilçisi “Karvan”ın mərkəz müdafiəçisi Elvin Yunuszadə Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, 33 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 14-cü turuna təsadüf edib.
Elvin “Şamaxı” ilə ev matçına (0:3) start heyətində çıxıb. O, yubiley görüşündə 69 dəqiqə meydanda olub.
Yunuszadə 200 oyunda 8 qola imza atıb.
Müdafiəçi 7 fərqli klubda forma geyinib. Elvin “Neftçi”də 75 (1 qol), “Qarabağ”da 52 (3 qol), “Simurq”da 31 (2 qol), “Səbail”də 23 (2 qol), “Karvan”da 12, “Kəpəz”də 5, “Sabah”da 2 dəfə meydana çıxıb.
Elvin Yunuszadə Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 157-ci futbolçu olub. O, “200”ə cari mövsümdə çatan 3-cü oyunçudur. Onadək Filip Ozobiç və Elvin Bədəlov buna bacarıb.