Normal view

Before yesterdayMain stream

Emre Belözoğlu – “Kasımpaşa”nın yeni baş məşqçisi!

4 December 2025 at 20:00

Türkiyəli futbol mütəxəssisi Emre Belözoğlu Super Liqada mübarizə aparan “Kasımpaşa” komandasına baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Emre bu postda gürcüstanlı Şota Arveladzeni əvəzləyib. Gürcüstanlı mütəxəssis komandanın uğursuz çıxışına görə elə bu gün istefaya göndərilmişdi. Belözoğlu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Emre Belözoğlu son olaraq ölkəsində “Antalyaspor”u çalışdırıb. O, daha öncə “Ankaragücü”, “Başakşəhər”, “Fənərbağça” kimi klublarda da baş məşqçi kimi çalışıb.

Uğursuz mövsüm keçirən “Kasımpaşa” Super Liqada 14 turdan sonra 13 xalla 14-cü pillədə qərarlaşıb. Komanda bu görüşlərdə 3 qələbə qazanıb, 4 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

❌
❌