De Blekere 8-ci turdakı mübahisəli epizodları şərh etdi – Video
23 October 2025 at 20:00
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının 8-ci turundakı mübahisəli epizodlara şərh verib. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, sözügedən qurumun mətbuat xidməti buna qədər belçikalı mütəxəssisin fikirlərini yazılı olaraq təqdim edirdi. Bu gün isə AFFA onun şərhlərini videoformatda açıqlayıb.