Normal view

Today — 8 June 2026Main stream

Həbib İsmayılov “Şamaxı” ilə yeni müqavilə bağladı

7 June 2026 at 14:00

“Şamaxı”nın cinah hücumçusu, “Qarabağ”ın yetirməsi olan Həbib İsmayılov Premyer Liqa təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Şamaxı” yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir. “Şirlər” 22 yaşlı Həbiblə də yeni müqavilə bağlayıblar. Sağ vinger növbəti 2 mövsümü “Şamaxı”da keçirəcək.

Həbib İsmayılov “Şamaxı”ya 2025-ci ilin iyulunda “Neftçi”dən keçib. O, əyalət klubunun heyətində 18 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, “Şamaxı” daha öncə Abdulla Seydəhmədovla da yeni müqavilə bağlamışdı. Alfons Mabula Msanqa, Karim Rossi, Sezar Henrike Dias Santos, Rodriqo Fransisko Fernandes, Andrey Tırkovyanu, Vladislav Veremeyev, Bilal İsmayılov, Rüfət Abbasov, Arsen Ağcabəyov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Rafael Məhərrəmli, Nihat Mehralıyev, Ravil Qafarov və Səlim Həşimov isə bu komandanı tərk ediblər.

❌
❌