Henrix Mxitaryan “İnter”lə yeni müqavilə imzaladı
İtaliyanın “İnter” klubu təcrübəli yarımmüdafiəçisi, ermənistanlı futbolçu Henrix Mxitaryan ilə yeni müqavilə imzaladığını rəsmən açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni anlaşmaya əsasən, 37 yaşlı erməni futbolçunun müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər uzadılıb.
Henrix Mxitaryan 2022-ci ilin iyulundan “İnter”in formasını geyinir. O, bu müddət ərzində “neradzurri”nin heyətində iki dəfə İtaliya çempionu olub, həmçinin iki dəfə İtaliya Kubokunu və iki dəfə İtaliya Super Kubokunu qazanıb.
Yarımmüdafiəçi Milan klubunun heyətində indiyə qədər 187 rəsmi matçda meydana çıxıb. O, bu görüşlərdə 12 qol vurub və 21 məhsuldar ötürmə ilə yadda qalıb.
Karyerası ərzində “Şaxtyor” (Donetsk), “Borussiya” (Dortmund), “Mançester Yunayted”, “Arsenal” və “Roma” kimi klubların da formasını geyinmiş Mxitaryan uzun illər Ermənistan millisinin kapitanı olub və ölkə futbolunun ən tanınmış simalarından biri hesab edilir.