Normal view

Today — 29 June 2026Main stream

Kouya Mabena “Qəbələ”də!

29 June 2026 at 18:00

Maltanın “Floriana” klubunun Kot-d’İvuardan olan sol cinah müdafiəçisi Kouya Mabena bundan sonra “Qəbələ”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Azərbaycan klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Qəbələ” bu yay fasiləsində ilk transferini rəsmiləşdirib. Əyalət klubu Kouya Mabena ilə 1+1 illik müqavilə bağlayıb.

27 yaşlı futbolçu son olaraq Maltanın “Floriana” klubunda çıxış edib. O, 2025-ci ilin sentyabrından formasını geyindiyi “Floriana”da 24 oyun keçirsə də, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Mabena buna qədər “Vesterlo” (Belçika), “UTA Arad” (Rumıniya), “Hapoel Hadera”, “Hapoel Rişon LeZion” (hər ikisi İsrail) komandalarının da şərəfini qoruyub.

“Qəbələ” daha öncə Seydina Keyta ilə yeni müqavilə bağlamış, İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Rza Cəfərov, Sambu Sissoko, Murad Musayev, Adriel Ba Lua, Ceyhun Bağırzadə və Domi Massumu ilə yollarını ayırmışdı.

❌
❌