Normal view

Before yesterdayMain stream

Leon Yakiroviç “İnter”də – Rəsmi

26 January 2026 at 22:00

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının mərkəz müdafiəçisi Leon Yakiroviç bundan sonra “İnter”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İtaliya klubu bu transferi 2,5 milyon avroya rəsmiləşdirib. 18 yaşlı xorvat futbolçu ilə müddəti 2030-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Leon Yakiroviç “Sesvete” və “Dinamo” (Zaqreb) klublarının yetirməsidir. İstedadlı müdafiəçi Xorvatiya nəhənginin əsas komandasında da 4 oyun keçirib. O, bu mövsüm “İnter”in U-23 komandasının heyətində yer alacaq.

Yakiroviç Xorvatiyanın U-15, U-17 yığmalarında çıxış edib, 2025-ci ildən U-18-in formasını geyinir.

“Transfermarkt” internet-portalı 18 yaşlı xorvat müdafiəçinin transfer dəyərini 150 min avro məbləğində qiymətləndirir.

❌
❌