Normal view

Today — 7 July 2026Main stream

Luis Paçu “Kəpəz”dən getdi

7 July 2026 at 12:30

Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünə hazırlaşan “Kəpəz” daha bir futbolçusu – Luis Paçu ilə yollarını ayırıb.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, braziliyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub Paçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Luis Paçu 2024-cü ilin sentyabrından “Kəpəz”in uğurları üçün çalışırdı. 30 yaşlı mərkəz hücumçusu Gəncə klubunun heyətində 60 oyuna çıxıb, 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Paçu daha öncə Azərbaycanda “Turan Tovuz”un da formasını geyinib.

“Kəpəz” bu yay Rauf Hüseynli, Məmməd Hüseynov və Fərid Nəbiyevlə də yollarını ayırmış, Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska ilə yeni müqavilə bağlamışdı.

❌
❌