Normal view

Yesterday — 3 February 2026Main stream

Bundesliqaya gedən azərbaycanlı: “Mahirlə danışığımız olmayıb”

3 February 2026 at 08:01

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva yeni klubu “Hamburq”da debüt edib. O, Bundesliqada “Frayburq”la matçda (0:2) meydana çıxıb.

Mirzəliyeva “Futbolpress.az”a açıqlamasında Almaniya klubuna keçidi və debütü haqda fikirlərini bölüşdü:

“Təklif menecerlərdən gəldi və bildirdilər ki, Bundesliqadan səni istəyirlər. Təbii ki, hər futbolçu kimi mən də böyük liqalarda oynamaq istəyirdim və razılıq verdim”.

Mirzəliyeva sabiq klubu “Zenit” ilə “Hamburq” arasında danışıqların bir ay əvvəldən başladığını bildirdi:

“Ötən il komandanın heyətində ən yaxşılardan idim və buna görə ayrılığım asan olmadı. Təxminən klublar arasında bir aya yaxın danışıqlar getdi. Düzü, klubların hansı şərtlər qarşılığında razılaşdığını bilmirəm. Amma sonra bir müddət əvvəl keçmiş klubum “Zenit” razılığın olduğunu və gedəcəyimi söylədi”.

Almaniyada kişi futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Mahir Emreli də çıxış edir. Mirzəliyeva “Kayzerslautern”də forma geyinən azərbaycanlı ilə danışmadığını qeyd etdi:

“Mahir uzun illərdir, Azərbaycan futbolunu Avropada təmsil edir. Ümid edirəm ki, digər futbolçularımız da bir gün davamlı ölkə xaricində qala bilərlər. Mahirlə danışığa gəlincə, onunla hansısa söhbətimiz olmayıb”.

Milli komandanın üzvü olan Nigar yığmanın martdakı dünya çempionatının seçmə mərhələsi oyunları haqda fikirlərini bölüşdü:

“Hər turnirdən öncə hədəflər böyük olur. Düşünürəm ki, bu seçmə mərhələdə uğurlu ola bilsək, davamı daha yaxşı gələcək”.

Şahin Cəfərov

Before yesterdayMain stream

Mahir Emrelinin klubu sabiq “Fənərbağça”lını transfer etdi

2 February 2026 at 20:24

Azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, II Bundesliqa təmsilçisi “Hoffenhaym”dan Mergim Berişanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu ilə 1.5 illik müqavilə imzalanıb.

Berişa bu mövsüm “Hoffenhaym”la oyuna çıxmayıb.

Forvard karyerası ərzində “Zaslburq”, “Auqsburq”, “Fənərbağça” kimi klublarda çıxış edib.

Mahir Emrelinin yoxluğunda komandası “Elversberq”ə uduzdu

2 February 2026 at 09:00

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun komandası Almaniya 2-ci Bundesliqasının 2025/2026-cı illər mövsümünün 20-ci turu çərçivəsində “Elversberq”lə qarşılaşıb.

Doğma meydanda baş tutmuş oyunda “Kayzerslautern” məğlubiyyətlə üzləşib – 1:3. Ağır zədədən sonra bərpa prosesi keçən Mahir bu oyunun iştirakçısı olmayıb.

20 turdan sonra 31 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Komanda keçirdiyi 20 oyunda 9 qələbə qazanıb, 4 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. O, Almaniya klubunda 10 nömrəli formanı geyinir. Azərbaycanlı futbolçu bu komandanın heyətində 5 oyuna çıxıb, 1 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Mahir Emrelinin yoxluğunda lider “Şalke” ilə heç-heçə

26 January 2026 at 09:00

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun komandası Almaniya 2-ci Bundesliqasının 2025/2026-cı illər mövsümünün 19-cu turu çərçivəsində lider “Şalke” ilə qarşılaşıb.

Səfərdə baş tutmuş oyunda “Kayzerslautern” 1 xalla kifayətlənib – 2:2. Ağır zədədən sonra bərpa prosesi keçən Mahir bu oyunun iştirakçısı olmayıb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. O, Almaniya klubunda 10 nömrəli formanı geyinir. Azərbaycanlı futbolçu bu komandanın heyətində 5 oyuna çıxıb, 1 qola imza atıb.

19 turdan sonra 31 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Komanda keçirdiyi 19 oyunda 9 qələbə qazanıb, 4 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

❌
❌