Normal view

Yesterday — 24 March 2026Main stream

Matias Almeyda “Sevilya”dan qovuldu

23 March 2026 at 12:00

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Sevilya” komandasının baş məşqçisi Matias Almeyda istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Sevilya” ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Matias Almeyda 2025-ci ilin iyul ayından bu komandanı çalışdırmağa başlamışdı. O, “Sevilya”nı cəmi 32 oyuna çıxarıb, cəmi 10 qələbə, 7 heç-heçə və 15 məğlubiyyət görüb.

Almeyda daha əvvəl Argentinada “River Pleyt”, “Banfild”, Meksikada “Çivas”, ABŞ-də “San Xose”, Yunanıstanda AEK kimi komandalara da rəhbərlik edib.

Xatırladaq ki, “Sevilya” İspaniya La Liqasının 2025/2026-cı illər mövsümündə topladığı 31 xalla 15-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 29 oyunda 8 qələbə qazanıb, 7 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.

❌
❌