Normal view

Today — 27 December 2025Main stream

Mert Günok və Necip Uysal “Beşiktaş”a lazım deyil – Rəsmi

27 December 2025 at 10:00

Türkiyənin “Beşiktaş” klubu 2 futbolçusunu – qapıçı Mert Günok və yarımmüdafiəçi Necip Uysalı əsas komandanın heyətindən kənarlaşdırıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasında bildirilib ki, texniki heyətin hesabatı və rəhbərliyin qərarına əsasən, Mert Günok və Necip Uysal artıq komandanın gələcək planlarında yer almayıb. Beləliklə, hər iki futbolçudan yeni klub tapmaları istənilib. Futbolçular klub tapa bilmədikləri halda məşqlərini əsas komandadan ayrı davam etdirəcəklər.

Xatırladaq ki, “Beşiktaş” futbol akademiyasının yetirməsi olan Necip Uysal 2009/2010-cu illər mövsümündən etibarən klubun əsas komandasında çıxış edirdi. 34 yaşlı dayaq yarımmüdafiəçisi indiyə qədər yalnız “qara qartallar”ın heyətində forma geyinib. O, meydana çıxdığı 466 oyunda 6 qol və 19 məhsuldar ötürmə müəllifi olub.

Mert Günok isə 2021/2022-ci illər mövsümündən bu yana İstanbul təmsilçisinin qapısını qoruyurdu. 36 yaşlı türkiyəli qolkiper bu komandanın heyətində meydana çıxdığı 130 oyunda 153 qol buraxıb, 38 matçda qapısını toxunulmaz saxlayıb.

❌
❌