Normal view

Today — 10 June 2026Main stream

Noa Saviolo “Trabzonspor”da

10 June 2026 at 11:00

Portuqaliyanın “Vitoriya” (Gimaraynş) klubunun sol vingeri Noa Saviolo bundan sonra “Trabzonspor”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

Super Liqa təmsilçisi 22 yaşlı futbolçunun transferi üçün Portuqaliya klubuna 8,5 milyon avro ödəyib. “Vitoriya” əlavə bonuslarla daha 3 milyon avro qazana bilər.

“Trabzonspor” Saviolo ilə 5 illik müqavilə imzalandığını bəyan edib. Futbolçu ən azı 2031-ci ilin 30 iyununa qədər bu klubun uğurları üçün çalışmağa davam edəcək.

Saviolo 2026/2027-ci illər mövsümündə 1 milyon 350 min avro, 2027/2028-ci illər mövsümündə 1 milyon 200 min avro qazanacaq. Sonrakı mövsümlərdə isə onun qazancı 1 milyon avro olacaq.

Noa Saviolo Belçikada dünyaya göz açıb. O, futbola “Anderlext”də başlayıb, daha sonra Fransanın “Lill” klubunun akademiyasına üz tutub. Gənc vinger 2022-ci ildən “Vitoriya”nın sistemində idi. O, 2025-ci ildən cəlb edildiyi əsas komandanın heyətində 36 oyuna çıxıb, 2 qol vurub, 8 məhsuldar ötürmə verib.

Daha öncə Belçikanın U-15 yığmasında oynamış futbolçu 2026-cı ildə Portuqaliyanın U-21 yığmasında 2 oyun keçirib.

“Trabzonspor” öz futbolçularından Məhəmməd Çamın Serbiyanın “Srvena Zvezda” klubuna keçdiyini də açıqlayıb. Sözügedən klub Çamı qarşıdakı mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

❌
❌