“Strasburq” hücumçusu üçün 50 milyon avroluq təklifi rədd edib
Fransanın “Strasburq” klubu qış transfer pəncərəsində bir sıra futbolçularla yollarını ayırmasına baxmayaraq, əsas hücumçularından olan Xoakin Paniçellini komandada saxlamaq niyyətindədir.
Komanda.az “Alsa Sports”-a istinadən xəbər verir ki, klub argentinalı forvard üçün edilən 50 milyon avroluq təklifi rədd edib. Eyni mövqe “Strasburq”un digər oyunçuları – Qela Due və Dieqo Moreyra üçün təqdim olunan 45 milyon avroluq təkliflərə qarşı da sərgilənib.
Paniçelli ilə bir müddət əvvəl “Kristal Pelas” ciddi şəkildə maraqlanırdı. O, cari mövsümdə 28 oyunda iştirak edib, 13 qol vurub və 2 məhsuldar ötürmə verib.
23 yaşlı forvardın “Strasburq”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
The post “Strasburq” hücumçusu üçün 50 milyon avroluq təklifi rədd edib appeared first on Komanda.az.