Normal view

Yesterday — 31 October 2025Main stream

“Arsenal” hələ də qalib komanda təsiri bağışlamır” – Sabiq futbolçu

31 October 2025 at 14:47

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz hesab edir ki, “Arsenal” bu mövsüm İngiltərə Premyer Liqasının favoriti səviyyəsində oyun göstərmir.

Komanda.az xəbər verir ki, “The Good, The Bad&The Football” podkastında danışan keçmiş futbolçu belə deyib:

“Hər mövsüm 9 turdan sonra elə oyun görürsən ki, düşünürsən bu komanda liqanı qazanacaq. Amma mən hələ “Arsenal”dan və ya başqa bir komandadan belə təsirli çıxış görməmişəm.

“Nyukasl”la səfər matçında (2:1) “topçular” çox yaxşı idilər, amma ümumilikdə hələ də mənə qalib komanda təsiri bağışlamırlar. Müdafiə bəli, güclüdür, amma bu, mövsümün sonuna qədər işləyəcəkmi, bilmirəm”.

Skoulz həmçinin, “Liverpul” və “Mançester Siti”nin son illərdə yaratdığı oyun səviyyəsinin “Arsenal” üçün hələ əlçatmaz olduğunu vurğulayıb:

“Son illərdə “Mançester Siti”yə baxanda düşünürdüm: vay, bu komanda doğrudan da möhtəşəmdir”.

“Arsenal” hazırda Premyer Liqada 9 turdan sonra 22 xalla turnir cədvəlində lider mövqedə qərarlaşıb.

The post “Arsenal” hələ də qalib komanda təsiri bağışlamır” – Sabiq futbolçu appeared first on Komanda.az.

❌
❌