“Liverpul”u “Qarabağ”la matça Cerrard çıxara bilər
“Liverpul”un sabiq yarımmüdafiəçisi Stiven Cerrard yenidən Merseysayd klubuna qayıda bilər.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis komandanın baş məşqçisi Arne Slot istefaya göndəriləcəyi təqdirdə “qırmızılar”ı çalışdırmağa hazırdır.
Klub daxilində Cerrardın müvəqqəti baş məşqçi təyin olunması ilə bağlı danışıqlar aparılıb.
Arne Slot “Liverpul”un baş məşqçisi postuna 2024-cü ilin yayında təyin olunub və o, almaniyalı mütəxəssis Yurgen Kloppun yerini tutub. Niderlanlı çalışdırıcının klubla müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq. Komanda onun rəhbərliyi altında ötən mövsüm İngiltərə çempionu olub.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
The post “Liverpul”u “Qarabağ”la matça Cerrard çıxara bilər appeared first on Komanda.az.