Kollina: “İnsanlar məndən üz çevirirdi, çünki fərqli görünüşdə idim”
UEFA Hakimlər Komitəsinin rəhbəri, sabiq italiyalı hakim Pyerluici Kollina saçlarının tökülməsi səbəbindən insanların ondan üz çevirməsi barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun çətin bir sınaq olduğunu bildirib:
“Bu, çətin bir sınaq idi. 24 yaşımda, 1984-cü ilin dekabrında xəstəlik keçirdim. O zaman bu, indiki kimi aydın deyildi. İnsanlar məndən üz çevirirdi, çünki fərqli görünüşdə idim. O qədər fərqli idim ki, bəzi şübhələr yaranmışdı. Aydın deyildi ki, saçı tökülmüş biri hakim işləyə biləcəkmi?
Mənə tövsiyə etdilər ki, saçlarım uzanana qədər gözləyim. Bir neçə ay sonra da uzanmadı, amma yenə də məni hakimlik testindən keçməyə məcbur etdilər. Onlar nə alınacağını görmək istəyirdilər. Mən o insanlara minnətdaram, çünki onları hakimin xarici görünüşü yox, keyfiyyətləri maraqlandırırdı.
Bu bir növ imkan oldu, məni tanınan etdi. Elə o zaman həyatım dəyişdi”.
Kollina 1999-cu ildə UEFA Çempionlar Liqasının finalı, 2004-cü ildə UEFA Kubokunun finalı, 2002-ci ildə dünya çempionatının finalı və 1996-cı ildə Olimpiadanın finalı daxil olmaqla bir çox böyük futbol oyunlarını idarə edib.
The post Kollina: “İnsanlar məndən üz çevirirdi, çünki fərqli görünüşdə idim” appeared first on Komanda.az.