Normal view

Before yesterdayMain stream

U-19 millimiz gürcülərə də böyük hesabla uduzdu

17 April 2026 at 17:00

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.

Arena.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda bu gün Gürcüstan yığması ilə qarşılaşıb.

Xorvatiyanın Luçko şəhərindəki təşkil edilmiş görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin yeganə qolunu 5-ci dəqiqədə penaltidən Xanım Əsədova vurub. 90+3-cü dəqiqədə Aysu Əsədova qırmızı vərəqə alaraq meydandan qovulub.

Xatırladaq ki, U-19 millimiz daha əvvəl meydan sahibi Xorvatiyaya 0:6, Çexiyaya isə 0:9 hesabıyla uduzmuşdu.

Beləliklə, Azərbaycan millisi qrupda sonuncu yeri tutub.

Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 6-cı qrup
17 aprel

Azərbaycan – Gürcüstan 1:4
Baş hakim: Henrikke Nervik (Norveç).
Baş hakimin köməkçiləri: Line Katrine Nimoen (Norveç), Iva Yaniç (Xorvatiya).
Dördüncü hakim: Martina Matiyeviç (Xorvatiya).
Luçko stadionu.

U-19 millimiz Çexiyaya 0:9 hesabıyla uduzdu

14 April 2026 at 18:00

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Arena.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda bu gün Çexiya yığması ilə qarşılaşıb.

Xorvatiyanın Luçko şəhərindəki təşkil edilmiş görüş rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, U-19 millimiz daha əvvəl meydan sahibi Xorvatiyaya 6 cavabsız qolla uduzmuşdu.

Azərbaycan millisi qrupdakı sonuncu oyununu aprelin 17-də Gürcüstan yığmasına qarşı keçirəcək.

Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 6-cı qrup
14 aprel

Çexiya – Azərbaycan 9:0
Baş hakim: Eqlantina Pyetruşay (Albaniya).
Baş hakimin köməkçiləri: Paola Şayl (Albaniya), Iva Yaniç (Xorvatiya).
Dördüncü hakim: Martina Matiyeviç (Xorvatiya).
Luçko stadionu.

U-19 millimiz Xorvatiyaya 6 cavabsız qolla uduzdu

11 April 2026 at 16:30

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, yığmamız Xorvatiyada təşkil edilmiş Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunun ilk oyununda meydan sahibləri ilə üz-üzə gəlib.

B Liqasının 6-cı qrupunda yer almış komandaların görüşü Xorvatiya yığmasının 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, U-19 millimiz qrupdakı növbəti oyunlarında Çexiya (14 aprel) və Gürcüstan (17 aprel) yığmaları ilə də qarşılaşacaq.

Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 6-cı qrup
11 aprel

Xorvatiya – Azərbaycan 6:0
Baş hakim: Henrikke Nervik (Norveç).
Baş hakimin köməkçiləri: Line Katrine Nimoen (Norveç), Jasmin Matisiak (Almaniya).
Dördüncü hakim: Angelika Soeder (Almaniya).
Karlovaç, “Branko Çavloviç-Çavlek” stadionu. Saat 14:00.

❌
❌