Qrem Potter – İsveç millisinin yeni baş məşqçisi!
Ötən ay İngiltərənin “Vest Hem” klubundan qovulmuş Qrem Potter futbol üzrə İsveç milli komandasına baş məşqçi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Potter bu postda bir neçə gün öncə istefaya göndərilmiş danimarkalı mütəxəssis Yon Dal Tomassonu əvəzləyib. 50 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Xatırladaq ki, Qrem Potter 2025-ci ilin yanvar ayından sentyabra qədər “Vest Hem”ə rəhbərlik edib. H. “Çəkicdöyənlər” ingilis məşqçinin rəhbərliyi altında 25 oyuna çıxıblar. Komanda bu görüşlərdə cəmi 6 qələbə, 5 heç-heçə görüb, 14 məğlubiyyətə üzülüb.
Qrem Potter məşqçilik fəaliyyətinə 2008-ci ildə “Lids Karnegi”də başlayıb. Ardınca ingilis mütəxəssis “Östersund”, “Suonsi Siti” və “Brayton”u çalışdırıb. Potterin məşqçilik fəaliyyətinin zirvəsi isə 2022-ci ilin sentyabrında qəbul etdiyi “Çelsi” ilə əməkdaşlığa təsadüf edir. Potter “zadəganlar”ın sükanı arxasında 2023-cü ilin aprelinə qədər çalışıb. “Çelsi” Potterin rəhbərliyi altında 31 oyuna 12 qələbə, 8 heç-heçə və 11 məğlubiyyət yaşayıb. Potterin məşqçilik qənimətləri rəfində “Östersund”la qazandığı İsveç kuboku var.
The post Qrem Potter – İsveç millisinin yeni baş məşqçisi! appeared first on ARENA.AZ.