“Çempionlar Liqası bizə çox şey öyrətdi”
14 December 2025 at 11:45
Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Rafael Urazbaxtin komandasının UEFA Çempionlar Liqasındakı çıxışı barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qazaxıstanlı mütəxəssis bu turnirdə təcrübə topladıqlarını bildirib:
“Biz Çempionlar Liqasına müntəzəm qatılan klublardan fərqli olaraq başqa səviyyədəyik. Təcrübə toplayırıq. Çempionlar Liqası bizə çox şey öyrətdi. Futbolçular yüksək səviyyədə özlərini sınadılar”.
“Kayrat” 6 turdan sonra 1 xal toplayaraq, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komandanın növbəti matçı Belçikanın “Brügge” klubu ilə olacaq.
The post “Çempionlar Liqası bizə çox şey öyrətdi” appeared first on Komanda.az.