Rauf Hüseynli 100-ə çatdı
“Kəpəz”in sağ cinah müdafiəçisi Rauf Hüseynli futbol üzrə Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.
25 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 14-cü turunun “Araz-Naxçıvan”la görüşünə (0:2) təsadüf edib. O, səfər matçına start heyətində çıxıb.
Müdafiəçi 5 klubun heyətində çıxış edib. Hüseynli “Kəpəz”də 33 (3 qol), “Şamaxı”da 31 (1 qol), “Qəbələ”də 30 (1 qol), “Zirə”də 5, “Qarabağ”da 1 (1 qol) oyun keçirib.
Rauf Hüseynli Premyer Liqada keçirdiyi 100 qarşılaşmada 6 qola imza atıb.
Qeyd edək ki, Premyer Liqada debütü 2019/2020-ci illər mövsümünə təsadüf etmiş Hüseynli çempionatda 100 və daha çox oyun keçirən 449-cu futbolçudur.