Normal view

Before yesterdayMain stream

Renat Dadaşov “Arka” ilə matçda ehtiyatda qaldı

6 December 2025 at 18:00

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasının “Arka”ya qarşı keçirdiyi oyunu buraxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 18-ci turu çərçivəsində “Arka” ilə qarşılaşıb.

Lyublin təmsilçisi bu rəqiblə səfərdə üz-üzə gəlib və 0:1 hesabıyla məğlub olub. Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

18 turdan sonra 20 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 17 oyunda 4 qələbə qazanıb, 8 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Xatırladaq ki, Dadaşov “Motor”la bu yay 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 11 oyunda fərqlənə bilməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 41 oyunda 6 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

❌
❌