Normal view

Yesterday — 8 March 2026Main stream

Rio Ferdinand: “Arsenal”la oynamaq daha da çətin olacaq”

8 March 2026 at 16:00

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand bu mövsüm İngiltərə çempionu olacaq komanda haqda qənaətini açıqlayıb.

Arena.az hazırda futbol təhlilçisi olaraq çalışan ingilis mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Düşünürəm ki, “Arsenal” çempionluğu nəyin bahasına olursa olsun, qazanacaq. Onlar qənimətləri qazandıqda fərqli bir komanda olacaq və əminlik hasil edəcəklər. Növbəti mövsümdə isə onlarla oynamaq daha da çətin olacaq”, deyə Rio Ferdinand vurğulayıb.

Xatırladaq, 43 yaşlı ispan mütəxəssis Mikel Artetanın çalışdırdığı “Arsenal” cari mövsümdə çıxış etdiyi bütün yarışlarda çempionluq uğrunda mütləq mübarizə aparır.

Yeri gəlmişkən, Artetanın vəzifəsindən istefa verə biləcəyi şərt məlum olub. Britaniya mətbuatının iddiasına görə, “topçular” İngiltərə Premyer Liqasını və UEFA Çempionlar Liqasını qazansalar, Arteta London klubundan ayrılacaq. Belə ki, ispan mütəxəssis “Arsenal”la bağlı layihəsini bu iki qəniməti qazanmaq baxımından kifayət hesab edir. Bundan sonra Artetanın daha böyük çağırışlara səs vermək – məsələn, Madrid “Real”ının sükanı arxasına keçəmək niyyətində olduğu vurğulanır.

❌
❌