Normal view

Yesterday — 16 December 2025Main stream

“Qarabağ”a məğlub olan klubun prezidenti İtaliya üçün darıxır

16 December 2025 at 08:29

Portuqaliya millisinin sabiq futbolçusu, hazırda “Benfika”nın prezidenti olan Ruy Koşta İtaliyaya olan həsrətindən danışıb.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, futbolçu karyerasının böyük hissəsini bu ölkədə – əvvəlcə “Fiorentina”, daha sonra isə “Milan”da keçirdiyini xatırladıb:

“Təəssüf ki, “Benfika” kimi bir klubun prezidenti olduğum üçün başqa şeylərə çox az vaxtım qalır. Həm Florensiya, həm də Milan üçün çox darıxıram. İtaliyada çoxlu dostlarım var və ora hər gedəndə hamı ilə görüşməyə vaxt çatmır. Bu, insanı incidən məqamdır”.

“Benfika” Portuqaliya çempionatında 14 turdan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasının ilk turunda “Qarabağ”a məğlub (2:3) olaraq, baş məşqçi Bruno Laje ilə yollarını ayırmışdı.

The post “Qarabağ”a məğlub olan klubun prezidenti İtaliya üçün darıxır appeared first on Komanda.az.

❌
❌