Normal view

Yesterday — 20 March 2026Main stream

Saşa İliç: “Sabah”ın bizdən güclü olduğunu qəbul edirik”

19 March 2026 at 23:00

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda keçirilmiş görüşü Sumqayıt təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah”ı təbrik edirəm. Onlar çempionluq uğrunda mübarizə aparan komandadır. Rəqib bizdən güclüdür. Bunu qəbul edirik.

Müdafiədə diqqətli olmalıyıdıq. Səhvlər buraxdıq. Səhv edən oyunçulardan biri Vüsal Paşayev idi. Gənc oyunçudur. Əsas komandada ikinci oyununu keçirirdi. Başadüşüləndir. Amma istənilən halda, müdafiədə oynayırsansa, diqqətli olmalısan”.

Xatırladaq ki, son turlarda uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Sumqayıt” 25 oyuna topladığı 32 xalla 12 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Before yesterdayMain stream

İliç: “Oyunçular məsuliyyətli davranmalıdır”

19 March 2026 at 21:15

Misli Premyer Liqasının XXV turunun “Sabah” – “Sumqayıt” oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü.

– İlk növbədə “Sabah”ı təbrik edirəm. Onlar çempionluq uğrunda oynayan komandadır. Bizdən güclüdürlər və bunu qəbul edirlər.

– Müdafiədəki fərdi səhvlər nədən qaynaqlanır?
– Vüsal Paşayev gəncdir, təcrübəsizdir. Lakin yenədə oyunçular məsuliyyətli davranmalıdır.

Şahin Cəfərov

Saşa İliç: “Yenə gənc oyunçulara şans verəcəyik”

13 March 2026 at 23:40

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 24-cü turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb – 0:1.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Digər məğlub olduğumuz matçlara baxanda, bu gün daha yaxşı oynadıq. 9 oyundur qələbə qazana bilməməyimizin səbəbini bilmirəm. Avrokuboklar şansımız azaldığına görə bundan sonrakı oyunlarda akademiyamızın gənc oyunçularına da şans verəcəyik. Strategiyanın klub rəhbərliyi tərəfindən verilməsi normal bir haldır. Nəticə olmadıqda, gənclərə şans verilməsinin tərəfdarıyam. Çempionata yaxşı başlamışdıq. Ancaq daha əvvəldən bilirdik ki, bizə bir müddət sonra yeni futbolçular lazım olacaq. Qış fasiləsi zamanı transfer planlarımız istədiyimiz kimi olmadı. Nəticədə də belə məğlubiyyətlər almağa başladıq”.

İliç mövsümün sonunda “Sumqayıt”dan ayrılmasının mümkünlüyü barədə sualı isə belə cavablandırıb:

“Müqaviləm var. Mən bu barədə düşünməmişəm. “Sumqayıt”ın bu mövsümü layiq olduğu yerlərdə bitirməsinə fokuslanmışam. Mövsümün sonunda bu barədə danışarıq”.

❌
❌