Normal view

Yesterday — 22 May 2026Main stream

Sesar Aspilikueta karyerasını başa vurur

22 May 2026 at 12:00

Futbol üzrə İspaniya yığmasının sabiq üzvü, hazırda “Sevilya”nın formasını geyinən Sesar Aspilikueta peşəkar karyerasını başa vurur.

Arena.az xəbər verir ki. 36 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

İspaniyalı oyunçu cari mövsümün sonunda karyerasını başa vuracaq.

Aspilikueta 2025-ci ilin yayında Madrid “Atletiko”sundan azad agent kimi ayrılaraq “Sevilya” ilə 1+1 illik müqaviləyə imza atmışdı. Sağ cinah müdafiəçisi La Liqa təmsilçisinin heyətində 16 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Sesar Aspilikueta karyerası ərzində “Çelsi”, “Osasuna”, “Atletiko” (Madrid) və “Olimpik” (Marsel) klublarının da formasını geyinib. O, İspaniya milli komandasında da 44 matça çıxıb, 1 qola imza atıb.

“Transfermarkt” internet-portalı Aspilikuetanın transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

❌
❌